AZ

Sabah Sədərək rayonunun bəzi ərazilərində işıq olmayacaq

Sabah Naxçıvan Muxtar Respublikasının (MR) Sədərək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq.

Missiya.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) məlumat yayıb.

Məlumata görə, payız-qış mövsümünə hazırlıq çərçivəsində 35/10 kilovoltluq "Sədərək" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Qəsəbə" hava elektrik verilişi xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar oktyabrın 4-də saat 10:00-dan 13:00-dək Sədərək rayonunun Heydərabad qəsəbəsində və Qaraağac kəndinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq.

Seçilən
17
22
missiya.az

10Mənbələr