EN

Agentlik rəsmisi cənub bölgəsinin qış turizm potensialından danışıb

Azərbaycanın qış turizmi əsasən ölkənin şimal və mərkəzi dağlıq ərazilərində – Şahdağ və Tufandağ kurort zonalarında cəmləşsə də, cənub bölgəsinin də bu sahədə müəyyən potensialı var. Bu barədə Dövlət Turizm Agentliyinin şöbə müdiri Elgün Cavadov anews.az-a müsahibəsində deyib.

Agentliyin rəsmisinə görə, Astara, Lənkəran və Lerik rayonlarını əhatə edən cənub bölgəsində qış aylarında qarlı günlər müşahidə olunsa da, burada hələlik qış turizminə yönəlik xüsusi infrastruktur və fəaliyyətlər mövcud deyil.

“Cənub zonası əsasən yay mövsümündə, dəniz turizmi və zəngin kulinariyası ilə tanınır. Gələcəkdə bölgənin mətbəx imkanlarının təbliği istiqamətində işlər davam etdiriləcək,” –  agentlik nümayəndəsi bildirib.

Bölgədə il boyu fəaliyyət göstərən termal-istisu bulaqları da mövcuddur və yerli turizmin müalicəvi-istirahət seqmenti baxımından inkişafına töhfə verir.

Azərbaycanın qış turizmində əsas marşrutlar Şahdağ Qış-Yay Turizm Kompleksi (Qusar rayonu) və Tufandağ Dağ-Xizək Mərkəzi (Qəbələ rayonu) ətrafında cəmləşir. 2025-ci ilin əvvəllərinə olan məlumata görə, bu obyektlərdə qış mövsümündə 20-25 min arası turist qəbul edilir.

Cənub bölgəsi isə əsasən yay aylarında yerli və əcnəbi turistlər arasında Lənkəran çayı, Hirkan Milli Parkı, Astara sahilləri və yerli mətbəx ilə tanınır. Termal turizm imkanları isə Lerik və Masallı rayonlarında yerləşən bulaqlarla bağlıdır.

Aytac Zeynalova

Chosen
44
1
anews.az

2Sources