EN

Şərurlu İsfəndiyarın “Proqress 2016” MTK-nın rəhbəri ilə məhkəmə çəkişməsi davam edir...


“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (“Şərurlu İsfəndiyar”) barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi davam etdirilib.

Trend xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə ekspertiza rəyi elan edilib.

Ekspertiza rəyində göstərilib ki, İsfəndiyar Axundov müsahibələrində Emil Səməndərovun ünvanına şərəf və layəqəti alçaldan təhqir formalı, ritolika, təsdiq verən sözlərdən istifadə edib. Lakin nalayiq ifadələrə rast gəlinmir.

İsfəndiyar Axundovun vəkilləri ekspertizanın rəyinə etiraz edib və rəyin ziddiyyətli olduğunu bildirib.

Vəkil bunu əsas gətirərək AMEA-nın Dilçilik İnstitutuna linqvistik ekspertizaya göndərilməsi barədə vəsatət verib.

Emil Səməndərovun vəkili vəsatətin təmin olunmamasını istəyib.

Məhkəmə vəsatəti təmin edib.

Daha sonra vəkil Asim Abbasov vəsatət verib.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertiza Mərkəzinin eksperti Almaz Bayramovanın məhkəyə çağrılmasını istəyib.

Məhkəmə vəsatətin baxılmasını təxirə salıb.

Məhkəmənin növbəti prosesi 16 oktyabra təyin edilib.

Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərov şikayət edib. İttihama görə, İ. Axundov müsahibələrindən birində E. Səməndərovu dələduz kimi təqdim edib.

Chosen
14
11
baki-xeber.com

10Sources