EN

Ceyhun Bayramov və oğlu haqda ŞOK İDDİA KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

Xarici İşlər naziri Ceyhun Bayramov və ailəsinin yeni biznes fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə iddialar səsləndirilib. Bu barədə ictimai fəal və araşdırmaçı jurnalist Samir Feyruzov məlumat paylaşıb.

KONKRET.az-ın xəbərinə görə, məlumatda bildirilir ki, Ceyhun Bayramov 2020-ci ilin iyulunda Təhsil naziri postundan azad edilərək XİN rəhbəri təyin olunsa da, indiyədək təhsil sektorunda “kölgə patronu” sayılır.

Feyruzovun iddiasına görə, Elm və Təhsil naziri Emin Əmrullayev maliyyə məsələlərində ona hesabat verir və iri layihələrin formalaşması Bayramovun təsir dairəsində həyata keçirilir.

Sentyabrın 29-da E.Əmrullayevin elan etdiyi “məktəb avtobusları” layihəsi də bu iddiaların mərkəzindədir. Oktyabrın 1-dən etibarən dövlət-özəl tərəfdaşlığı əsasında fəaliyyətə başlayan “2school” layihəsi “SABAH.HUB” İnnovasiya Mərkəzi tərəfindən icra olunur. Layihənin baş icraçı direktoru isə nazirin oğlu Rəhim Bayramlıdır.

Layihə ilkin mərhələdə 11 məktəbi və 1200 şagirdi əhatə edir. Aylıq ödəniş 80–240 manat arasında dəyişir. Valideynlər qiymətlərin yüksək olduğunu bildirərək narazılıq ifadə ediblər. İctimai müzakirələrdə suallar səsləndirilir: xidmətin qiyməti ailə büdcəsinə uyğundurmu, alternativ nəqliyyatla müqayisədə əsaslandırılıb, yoxsa yox, təhlükəsizlik və keyfiyyət standartları hansı səviyyədədir?

Hesablamalara görə, orta aylıq ödəniş 150 manat təşkil edərsə, 1200 şagirdin daşınmasından təxminən 180 min manat gəlir əldə olunur. İddialara görə, Rəhim Bayramlı uzun müddətdir təhsil sektorunu gəlir mənbəyinə çevirib və müxtəlif layihələrdən yüksək qazanc götürür.

Bayramovlar ailəsinə aid olduğu deyilən digər biznes qurumları sırasında “Push30”, “LANDAU School”, “Integrity Group”, “SABAH.fund” (25 milyon dollarlıq vençur fondu) və “OMNİ” hüquq şirkəti də qeyd olunur.

Xatırladaq ki, “SABAH.HUB” 2024-cü ilin avqustunda “SABAH.fund” adlı fondun yaradıldığını açıqlamışdı. Fondun investorları sırasında SOCAR, Azərbaycan İnvestisiya Şirkəti və digər qurumların olduğu bildirilir.

Samir Feyruzovun paylaşımında sual olunur: dövlət resursları hesabına formalaşan layihələrdən nazir ailəsinin gəlir götürməsi hansı şəffaflıq prinsipləri ilə tənzimlənir və XİN rəhbərinin ailə biznesinə cəlb olunması ölkənin strateji maraqları ilə nə dərəcədə uzlaşır?

Mövzu ictimaiyyətdə geniş rezonans doğurub və müzakirələr davam edir.

Natiq Səlim

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
11
1
konkret.az

2Sources