EN

Sabit və uğurlu olmaq üçün 3 4 il kifayət deyil Rubin in sabiq baş məşqçisi Qarabağ ın uğurlarından danışdı

Sportal.az saytına istinadən ain.az xəbər verir.

Rusiyalı mütəxəssis Rinat Bilyaletdinov “Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsinə ilk iki matçda qalib gələrək uğurlu başlaması haqda fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, “news.ru” saytına açıqlama verən təcrübəli məşçi Ağdam klubunun uzun illərdir uğurlu nəticələr qazanmasından bəhs edib:

“Qarabağ” illərdir ki, cəhdlər edir və bəzən uğur qazanır. Onlar “Bayer”i (Leverkuzen)  məğlub etdilər (əslində “Qarabağ” heç-heçə etmiş və məğlub olmuşdu -red) və “Atletiko”dan ( Madrid) xal aldılar. Sabit və uğurlu olmaq üçün üç-dörd il kifayət deyil. Birincisi, ölkə daxilində ictimai rəy müəyyən etməlidir ki, bu uğurlar ciddi və uzunmüddətlidir. İkincisi, əcnəbi oyunçular vasitəsilə əldə edilən istənilən uğur daimi deyil. Öz oyunçularına güvənməlidirlər. Pul hər şeyi məhv edə bilər”.

68 yaşlı mütəxəssis “Rubin”, “SKA-Xabarovsk”, “Ximki” klublarını çalışdırıb.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
1
sportal.az

2Sources