EN

Litvalı Ayana Ginnesin ikiqat rekordçusudur

Reyting.az saytından alınan məlumata görə, ain.az bildirir.

Litvalı qadın indiyə qədər heç kimin edə bilmədiyi, bütün dünyada tayı-bərabəri olmayan yeni bir rekorda imza atmaqla, Ginnesin Rekordlar Kitabına düşüb. Reyting.az xəbər verir ki, uzun illərdir uşaq serebral iflici diaqnozu ilə yaşayan Litva vətəndaşı Ayana Lolat-Pajarauskene əlil kimi istifadə etdiyi qoltuq ağaclarının köməyi ilə çox böyük məsafə qət edib və alternativsiz rekorda imza atıb. Litvanın Xarici İşlər Nazirliyi bu hadisəyə sosial şəbəkədə belə münasibət bildirib: "Biz Ginnesin Rekordlar Kitabına düşmüş rekordsmenimizi, eləcə də əməkdaşımız olan Ayana Lolat-Pajarauskeneni təbrik edirik. O, qoltuq ağacları ilə 12 saat ərzində 19 261 metr məsafəni qət edib. Bu, həm də Ayananın Ginnes kitabına düşən ikinci nailiyyətidir! Bu yürüşünü Ayana əlilliyi olan insanlar üçün xüsusi assistent itlərin hazırlanması ilə məşğul olan "Mulan" Fonduna həsr edib". Qeyd edək ki, ötən il də rekord əldə edən Ayana qoltuq ağacları ilə 333 kilometr yol getmişdi. 2022-ci ilin oktyabr ayında isə bu əlil qadın Vərkiai regional parkında 9 saat 39 dəqiqəyə 14,5 kilometr məsafəni qət etməklə, tamamilə rəsmi göstəricini qazanmış və bununla da Ginnes rekordu müəyyənləşdirilmişdi. Qeyd edək ki, indiyədək heç bir ölkədə əlilliyi olan şəxs belə bir qeyri-adi uğura imza atmayıb. Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
1
reyting.az

2Sources