EN

Özbəkistanın xarici borcu 72 milyard dolları ötüb

Bu ilin birinci rübündə Özbəkistanın xarici borcu 8 milyard dollar artıb.

Operativ Media xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki,  yanvar-iyul ayları arasında ölkənin ümumi xarici borcu 72,2 milyard dollara çatıb. Bura 36,8 milyard dollar hökumətin xarici borcu və 35,4 milyard dollar korporativ borc daxildir.

Özbəkistan hakimiyyəti bu ilin sonuna kimi ölkənin ümumi daxili məhsulunu 130 milyard dollara çatdırmağı planlaşdırır.


Şəfa Hüseynli

Chosen
58
43
operativmedia.az

10Sources