EN

Tariflər bazar reallığını əks etdirmir – “Azəriqaz”

Tənzimlənən iqtisadi şəraitdə qiymət siyasətinə həm iqtisadi, həm də sosial amillər təsir göstərir.

NOCOMMENT.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun strategiya və dayanıqlılıq üzrə müavini Təbriz Əmmayev Bakıda keçirilən II Milli Rəqabət Forumu çərçivəsində “Təbii inhisarların tənzimlənməsi: Rəqabət və ictimai maraqlar” mövzusunda panel müzakirəsində bildirib.

“Tariflər hər zaman bazar reallığını tam əks etdirmir. Liberal iqtisadiyyata keçid zamanı isə çevik qiymət siyasəti tətbiq olunur ki, bu da uzun müddət sabit tariflərə öyrəşmiş biznes subyektləri üçün müəyyən adaptasiya dövrü tələb edəcək”, – deyə o qeyd edib.

T. Əmmayevin sözlərinə görə, təbii inhisarçıların qarşısında duran əsas məsələlərdən biri sosial öhdəliklər və ictimai maraqlardır:

“Sosial öhdəliklər təsərrüfat subyektlərinin real xərclərini artıra və investisiya imkanlarını məhdudlaşdıra bilər. Amma biz sosial öhdəliklərə xərc kimi baxmırıq. Bu, ictimai etimadın formalaşdırılması və ictimai mənafelərin qorunması baxımından önəmli həlqədir”.

Chosen
16
8
nocomment.az

9Sources