EN

İran XİN: G7-nin bəyanatı beynəlxalq hüquqa ziddir – ÖZƏL

Olaylar.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai G7 ölkələrinin xarici işlər nazirlərinin İranın nüvə proqramı ilə bağlı birgə bəyanatına münasibət bildirib.

Bəqai Böyük Britaniya, Fransa və Almaniyadan ibarət E3 ölkələrinin, həmçinin ABŞ-nin BMT Təhlükəsizlik Şurasında əvvəlcə ləğv olunmuş sanksiya qətnamələrini yenidən gündəmə gətirmək cəhdini "beynəlxalq hüquqa qarşı açıq dəstək" kimi qiymətləndirib.

G7-nin iddialarını rədd edən nazirlik rəsmisi bu mövqenin təşəbbüsün qanunsuz və əsassız xarakterini dəyişməyəcəyini vurğulayıb. O, İsrailin ABŞ ilə birgə İrana qarşı həyata keçirdiyi hərbi hücuma və sonradan ABŞ-nin İranın nüvə obyektlərini hədəf almasına istinad edərək, G7-nin "Avropa ölkələri və ABŞ-nin dəfələrlə səmimi diplomatik təkliflər verdiyi" barədə bəyanatını "əsassız" və "faktların təhrif olunması" adlandırıb.

Bəqainin sözlərinə görə, hazırkı vəziyyətə görə əsas məsuliyyət 2018-ci ildə birtərəfli qaydada nüvə sazişindən çıxan və beynəlxalq hüququ pozmaqda davam edən ABŞ-dədir.

O, G7 ölkələrinin İsrailin nüvə arsenalı qarşısında susqunluğunu tənqid edərək, onların nüvə silahlarının yayılmasının qarşısının alınması ilə bağlı mövqeyini "ikiüzlülük" adlandırıb:
"Bu yeddi ölkə hüququn aliliyi, beynəlxalq sülh və təhlükəsizlik məsələlərində saxtakar və məsuliyyətsiz davranışları səbəbindən başqalarına məsləhət vermək üçün mənəvi haqq sahibi deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
11
olaylar.az

1Sources