Bəqai Böyük Britaniya, Fransa və Almaniyadan ibarət E3 ölkələrinin, həmçinin ABŞ-nin BMT Təhlükəsizlik Şurasında əvvəlcə ləğv olunmuş sanksiya qətnamələrini yenidən gündəmə gətirmək cəhdini "beynəlxalq hüquqa qarşı açıq dəstək" kimi qiymətləndirib.
G7-nin iddialarını rədd edən nazirlik rəsmisi bu mövqenin təşəbbüsün qanunsuz və əsassız xarakterini dəyişməyəcəyini vurğulayıb. O, İsrailin ABŞ ilə birgə İrana qarşı həyata keçirdiyi hərbi hücuma və sonradan ABŞ-nin İranın nüvə obyektlərini hədəf almasına istinad edərək, G7-nin "Avropa ölkələri və ABŞ-nin dəfələrlə səmimi diplomatik təkliflər verdiyi" barədə bəyanatını "əsassız" və "faktların təhrif olunması" adlandırıb.
Bəqainin sözlərinə görə, hazırkı vəziyyətə görə əsas məsuliyyət 2018-ci ildə birtərəfli qaydada nüvə sazişindən çıxan və beynəlxalq hüququ pozmaqda davam edən ABŞ-dədir.
O, G7 ölkələrinin İsrailin nüvə arsenalı qarşısında susqunluğunu tənqid edərək, onların nüvə silahlarının yayılmasının qarşısının alınması ilə bağlı mövqeyini "ikiüzlülük" adlandırıb:
"Bu yeddi ölkə hüququn aliliyi, beynəlxalq sülh və təhlükəsizlik məsələlərində saxtakar və məsuliyyətsiz davranışları səbəbindən başqalarına məsləhət vermək üçün mənəvi haqq sahibi deyil".