EN

Anridən “Qarabağ” açıqlaması: Onların qarşısını almaq üçün…

“Qarabağ” yenə qalib gəldi. Onlar buna layiqdirlər.

Axar.az xəbər verir ki, bunu "Arsenal" və "Barselona"nın sabiq futbolçusu Tyerri Anri "CBS Sports" telekanalında Çempionlar Liqası ilə bağlı yayımlanan verilişdə deyib.

“Çox sadə bir oyun oynayırlar, lakin bunu inanılmaz dərəcədə effektiv edirlər. Onların sürətli ötürmələri və cinahlardan müntəzəm hücumları rəqibi çətin vəziyyətə salıb. Onların qarşısını almaq üçün yüksək səviyyəli komanda lazımdır. Futbol mahiyyətcə sadə bir oyundur, lakin onu sadə oynamaq çətin işdir. "Qarabağ" bunu edir", - Anri bildirib.

Qeyd edək ki, Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Qarabağ” doğma meydanda Danimarkanın “Kopenhagen” klubuna 2 cavabsız qolla qalib gəlib.

Chosen
17
3
axar.az

4Sources