EN

Niyə soyuq havada üz qızarır və yanır?

Soyuq aylarda çox vaxt üzün qızarması və yanma hissi sadəcə həssas dəri ilə bağlı deyil. Bu hallar rozasea adlı xroniki dəri xəstəliyinin əlaməti ola bilər.

E-saglam.az  xəbər verir ki, “Bud Zdorov” klinikasının dermatoloqu, kosmetoloqu və trixoloqu Yana Şatskaya Mail.ru Sağlamlıqa açıqlamasında sağlam qızartını xroniki xəstəlikdən necə fərqləndirmək lazım olduğunu izah edib.

Bəs rozasea xəstəliyi nədir?

Həkimin sözlərinə görə, hər payız və qışda pasiyentlər eyni şikayətlərlə müraciət edirlər:“Doktor, üzüm yanır. Soyuqda qızarıram, isti çay içəndə, hətta isti otağa girəndə belə qızartı artır".

Bir çoxları bunu sadəcə həssas dəri və ya sağlam qızartı hesab edir. Amma əksər hallarda bu, rozasea olur. Bu xəstəlikdə üzdəki damarlar genişlənir və əvvəlki vəziyyətinə qayıtmır.

Daimi qızartı fonunda dəri daha həssas olur: sızanaqlar, gözlərdə qaşınma, yanma, quruluq, hətta burunda dəri qalınlaşması yarana bilər. Bu isə həm diskomfort, həm də estetik narahatlıq yaradır.

Belə hallarda dermatoloqların köməyinə ehtiyac yaranır.

Rozaseanın əsas xüsusiyyətləri aşağıdakılardır:

üzün tez-tez və uzunmüddətli qızarması,

damarların genişlənməsi,

dəriyə xas həssaslıq və yanma hissi,

əlavə simptomlar: sızanaqlar, qaşınma, quruluq.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
29
e-saglam.az

1Sources