EN

Rusiyada An-2 təyyarəsi qəzaya uğradı: 1 nəfər öldü

Rusiyanın Krasnoyarsk vilayətində “Borus” MMC-yə məxsus An-2 tipli təyyarə qəza keçirib.

News365.az xəbər verir ki, Qərbi Sibir Nəqliyyat Prokurorluğunun açıqlamasına görə, hava işlərini başa vurduqdan sonra Ermakovski rayonu ərazisində sərt eniş edən təyyarədə iki nəfər olub.

Hadisə hərbi bazanın yaxınlığında baş verib. İlkin məlumatlara əsasən, qəzada bir nəfər həyatını itirib.

News365.az 

Chosen
10
news365.az

1Sources