EN

Azərbaycanda “Bayraktar” istehsalına start verildi – Sumqayıtda nəhəng addım

Azərbaycanda hərbi-sənaye sahəsində mühüm hadisə baş verib.

Musavat.com xəbər verir ki, Türkiyənin “Baykar Makina” şirkətinin yerli törəmə müəssisəsi olan “Bayraktar Teknoloji Azərbaycan” MMC ölkəmizdə pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlayıb.

Müəssisə bu ilin may ayında rezidenti olduğu Sumqayıt Sənaye Parkında fəaliyyət göstərir. Hazırda istehsal edilən məhsullar yalnız daxili bazara yönəldilib.

Bu addım Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi və hərbi sənaye kompleksinin inkişafı baxımından strateji əhəmiyyət daşıyır.

Musavat.com

Chosen
30
2
musavat.com

3Sources