EN

Rusiyada təyyarə sərt eniş etdi: Ölən var

Rusiyanın Krasnoyarsk diyarının cənubunda "An-2" təyyarəsinin sərt eniş etməsi nəticəsində bir nəfər ölüb.

"Cebheinfo.az" xəbər verir ki, hadisə yerli vaxtla saat 17:00 radələrində, təyyarənin texniki baxışdan sonra uçuşa başladığı zaman baş verib.

Abakan Nəqliyyat Prokurorluğu uçuş təhlükəsizliyi qaydalarına əməl olunub-olunmadığını araşdırmaq üçün istintaqa başladığını açıqlayıb.

Qəza ilə bağlı ziddiyyətli məlumatlar mövcuddur.

Bəzi “Telegram” kanalları iki nəfərin öldüyünü iddia etsə də, fövqəladə hallar xidməti və digər mənbələr bir nəfərin həyatını itirdiyini bildirir. Rəsmi qurumlardan hələlik dəqiq açıqlama verilməyib.

Sovet istehsalı olan “An-2” tipli təyyarələr dözümlülüyü və qısa uçuş-enmə zolaqlarında istifadə oluna bilməsi ilə tanınır.

Bu tip təyyarələr dünyanın bir çox yerində kənd təsərrüfatı, yük və sərnişin daşımaları kimi müxtəlif məqsədlərlə istifadə olunur.

Chosen
46
cebheinfo.az

1Sources