EN

NATO Rusiya ilə sərhəddə qərargah YARATDI

Oktyabrın 3-də Finlandiyanın Rusiya sərhədinə yaxın yerləşən Mikkeli şəhərində NATO-nun Şimal Avropa quru qoşunları üzrə qərargahının rəsmi açılışı keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Yle” portalı məlumat yayıb.
 

Sankt-Peterburqdan təxminən 300 kilometr məsafədə yerləşən qərargah sentyabrın əvvəlində başlayıb. NATO quru qoşunları komandanlığının nümayəndəsi, briqada generalı Kris Gentin sözlərinə görə, sülh dövründə qərargah üzv ölkələrin fəaliyyətinin planlaşdırılması və koordinasiyası, birgə təlimlərin təşkili və digər tədbirlər üzrə məsuliyyət daşıyacaq. 


Müharibə halında isə NATO qüvvələrinin idarə olunması tapşırıqlarını yerinə yetirəcək.

Finlandiya müdafiə naziri Antti Häkkanen bildiirb ki, quru sərhədlərinin müdafiəsi onlar üçün əsas prioritetlərdən biridir:

“Finlandiyanın mövqeyinin nəzərə alınması və NATO-nun regionda quru müdafiə imkanlarını gücləndirməsi bizim üçün vacibdir.”
 

Qeyd edək ki, Qərargaha norveçli Uve Staurset və Finlandiya quru qoşunlarının komandanı, general-leytenant Pasi Välimäki rəhbərlik edəcək. Struktur NATO-nun ABŞ-ın Norfolk şəhərində yerləşən komandanlığına tabedir.


Artıq Mikkeliyə Finlandiya, İsveç, Norveç, Danimarka, Niderland, ABŞ və Böyük Britaniyadan zabitlər gəlib. Sülh dövründə daimi şəxsi heyətin sayı təxminən 50 nəfər olacaq.

Bizim.Media

Chosen
33
1
bizim.media

10Sources