AZ

Rusiya sərhədi yaxınlığında NATO-nun quru qüvvələrinin qərargahı açıldı

Rusiyanın Sankt-Peterburq şəhərindən cəmi 300 kilometr məsafədə yerləşən Mikkelidə (Finlandiya) NATO-nun Şimali Avropa Quru Qoşunları qərargahı (MC LCC) rəsmi olaraq açılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bəyan edilib.

"2023-cü ilin payızında NATO-ya üzv dövlət kimi qarşımıza qoyduğumuz ilk hədəf Finlandiyada NATO-nun mənzil-qərargahına tabe olan bir qərargahın yerləşdirilməsi idi. 2024-cü ilin iyun ayında NATO müdafiə nazirlərinin görüşündə məqsədimiz təsdiqləndi. İndi, bir il sonra, Finlandiyada qərargahı açırıq", - deyə ölkənin müdafiə naziri Antti Hyakkyanen bildirib. Marqarita pizza

Finlandiya Müdafiə Nazirliyinin bəyanatında, həmçinin qeyd olunub ki, qərargah MC LCC-nin fəaliyyətini planlaşdıracaq və əlaqələndirəcək. Normal şəraitdə qərargah NATO təlimləri və digər tədbirlərin keçirilməsinə cavabdeh olacaq, fövqəladə şəraitdə isə Uzaq Şimalda quru əməliyyatları və müdafiəni nəzarətdə saxlayacaq və planlaşdıracaq./Oxu.az


Telegram kanalımız
Seçilən
23
1
yenisabah.az

10Mənbələr