EN

İrandan Azərbaycana gətirilən iki ton sarıkökdə bakteriyalar aşkarlanıb

İrandan Azərbaycana idxal edilən sarıkök məhsulunda uyğunsuzluq aşkarlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Qeyd edilib ki, fiziki şəxs Cümşüd Vəliyevin idxal etdiyi ümumi çəkisi 2 ton olan "Saibaba Agrilink Private Limited" əmtəə nişanlı üyüdülməmiş sarıkök məhsulu partiyasından nümunələr götürülüb. Müayinələr nəticəsində məhsul partiyasında bakteriya (Bacillus cereus) aşkarlanıb.

Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.

Chosen
22
30
far.az

10Sources