EN

Yaddaşı gücləndirməyin yolları

Nevroloq Baybing yaddaşı gücləndirmək və zehni qabiliyyəti artırmaq üçün sadə üsullar barədə danışıb. Onun tövsiyələri Mirror nəşrində dərc olunub.

E-sağlam.az sizə həmin üsulları təqdim edir:

Yaddaşı gücləndirməyin əsas üsulları:

Məlumatı səslə təkrarlamaq – yeni məlumatı yüksək səslə demək onu yadda saxlamağa kömək edir.

Yazmaq və dərhal xatırlamağa çalışmaq – məsələn, dərs və ya iş görüşündən sonra əsas məqamları yazıb dərhal xatırlamağa çalışmaq məlumatın yaddaşda möhkəmlənməsini təmin edir.

Proqnoz vermək – öyrənilən mövzuda nəticələri təxmin etmək və sonra yoxlamaq beynin diqqətini artırır. Hətta səhvlər faydalıdır, çünki düzəlişlər beynə əhəmiyyətli məlumat kimi həkk olunur.

Baybing həmçinin vurğulayır ki, yaxşı istirahət də zehni fəaliyyət üçün vacibdir. Qısa fasilələr, gözləri yummaq və ya gəzinti məlumatı strukturlaşdırmağa kömək edir. Həkimin sözlərinə görə, gəzinti yaradıcılıq və diqqət mərkəzlərini aktivləşdirir, buna görə çətin məsələyə ilişibsinizsə, ayağa qalxıb bir az gəzmək daha faydalıdır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
11
e-saglam.az

1Sources