EN

“Qarabağ”a layiqincə məğlub olduq” “Kopenhagen”in hücumçusu

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

Danimarkanın “Kopenhagen” klubunun hücumçusu Mohammad Elyunussi Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turunda Bakıda “Qarabağ”a məğlubiyyəti (0:2) şərh edib.

“Qafqazinfo” xəbər verir ki, klubun rəsmi saytına açıqlama verən norveçli “Qarabağ”ın gücünü etiraf edib:

“Təbii ki, çox zəif çıxışımızdan məyus oldum. Mənə elə gəlir ki, ilk hissədə matçı uduzduq. Biz mübarizələrdə yarım saniyə gecikdik və onlar həm havada, həm də meydançada duellərdə qalib gəlirdilər. “Qarabağ” bizdən daha kəskin görünürdü və daha sürətli hərəkət edirdilər.

“Qarabağ”ın təzyiqi bizi təəccübləndirmədi. Ona görə də həmişəkindən bir qədər sərt oynamağa çalışdıq, amma alınmadı. Onların qolundan dərhal sonra gözəl fürsətim yarandı, qol vurmalı idim. Vura bilmədiyim üçün məsuliyyəti öz üzərimə götürürəm. İkinci hissədə itirəcək heç nəyimiz qalmadığından daha sərbəst oynadıq. Həm də kifayət qədər şanslar yaratdıq. Əgər qol vursaydıq, oyunu dəyişə bilərdik. Lakin ümumilikdə, layiqincə məğlub olduq”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
5
qafqazinfo.az

6Sources