EN

“Övladlarımı pozğunluqla yox, əməklə böyütmüşəm”

Rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkədə ona tənqid yazan izləyicilərə cavab verib. Rəqqasə iddia edib ki, həmin şəxslər sifarişlə ona mənfi fikirlər yazır:

 
“Şərh yazanların ağzını yummaq mümkün deyil. Şərhləri oxumuram, əsəbiləşmirəm. Amma övladlarım oxuyur. Niyə sizə görə uşaqlarım əsəb olmalıdır? Siz evinizdən, ailənizdən xəbəri olmayanlarsınız. Lazımsız insanlar telefon arxasında şirə dönür. Sizə buna görə pul verirlər? Bilirəm ki, bunlar pulsuzluqdandır. Sizin işiniz, peşəniz olsa, oturub orada yazmazsınız.
 
Bəziləri də mənim düşmənlərimin zibilidir. Niyə içinizdəki neqativi mənim videolarıma yazırsınız? Əl çəkin, nə istəyirsiniz? Kimin çörəyini, ərini əlindən almışam? Kimə pislik etmişəm? Başımı salıb aşağı öz həyatımı yaşayır, övladlarımı, nəvələrimi böyüdürəm. Nə istəyirsiniz? Niyə övladlarım mənə görə utanmalıdır? Onları pozğunluqla yox, əməklə böyütmüşəm”.

Chosen
21
2
yenilik.az

3Sources