EN

Azərbaycanın strateji valyuta ehtiyatları 77,7 milyard dollara çatıb

2025-ci ilin birinci yarısında Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 1,8% artaraq 11,2 milyard ABŞ dollarına, Dövlət Neft Fondunun (ARDNF) ehtiyatları isə 10,8% yüksələrək 66,5 milyard dollara çatıb. Bu barədə Mərkəzi Bank məlumat verib. 

Beləliklə, ölkənin ümumi strateji valyuta ehtiyatları dövr ərzində 9,4% artaraq 77,7 milyard dollar təşkil edib.

Hesabat dövründə valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 106% olub ki, bu da beynəlxalq kifayətlilik normalarını üstələyir.

Büdcə göstəriciləri də müsbət nəticələr nümayiş etdirib. İlin ilk yarısında dövlət büdcəsinin gəlirləri 19,8 milyard manat, xərcləri isə 17,1 milyard manat təşkil edib. Nəticədə, büdcə profisiti 2,7 milyard manat və ya ÜDM-in 4,3%-i qədər olub.

Qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 10,3 milyard manat təşkil edərək ümumi büdcə gəlirlərinin 51,9%-ni əhatə edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 232 milyon manat və ya 2,3% çoxdur.

N.Təbrizli

Chosen
16
anews.az

1Sources