EN

Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur

Marja.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Mərkəzi Bank 2025-ci ilin 1-ci yarısı üzrə Maliyyə Sabitliyi Hesabatını dərc edib.

Marja.az-ın məlumatına görə, hesabatda bank sistemində təmərküzləşmə prosesinə də yer ayrılıb.

VTB-də yüksək depozit faizləri daha çox qazandırır

Qeyd edilib ki, ötən ilin sonu ilə müqayisədə aktivlər üzrə təmərküzləşmədə müəyyən qədər artım olsa da, depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur. Beynəlxalq təcrübədə də geniş istifadə olunan HHI1 indeksinə əsasən cari ilin ilk yarısına kredit portfeli üzrə təmərküzləşmə ötən ilin sonu ilə müqayisədə 6 vahid azalaraq 1201 təşkil etmişdir. Depozit portfeli üzrə təmərküzləşmə indeksi isə ötən ilin sonu ilə müqayisədə 8 vahid azalaraq 1645 təşkil etmişdir. Aktivlər üzrə HHI indeksi göstəricisi 5 vahid artaraq 1480 təşkil etmişdir. Beləliklə, bank sistemində kredit portfelinə əsasən aşağı səviyyədə təmərküzləşmə, depozit portfelinə əsasən isə orta səviyyədə təmərküzləşmə mövcuddur. Aktivlərin ümumi məbləğinə əsasən isə bank sektoru aşağı və orta təmərküzləşmə sərhədindədir.

Qeyd edilib ki, bank sektoru üzrə təmərküzləşmə Mərkəzi Bank tərəfindən daim diqqətdə saxlanılır. 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
9
2
marja.az

3Sources