EN

Mübahisəli heykəli əvvəlki yerinə qaytarıblar

Reyting.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Fahişəlik şəbəkəsini idarə etmək iddiası ilə mühakimə olunarkən həbsxanada ölən milyarder Epşteyinin ABŞ prezidenti Trampla təsvir olunduğu heykəli yenidən Kapitolinin qarşısına qaytarıblar.Reyting.az xatırladır ki, “The Secret Handshake” adlı qrup tərəfindən yaradılan Tramp və Epşteyinin əl-ələ tutduğunu əks etdirən heykəl daha əvvəl sökülməsinə baxmayaraq, yenidən Kapitolinin qarşısına qoyulub.Bildirilir ki, sentyabrın 24-də “icazə qaydalarına uyğun gəlmədiyi üçün” götürülən heykəlin daşınması zamanı zədələnmiş hissələri təmir edilib. Ağ ev və Daxili İşlər Departamenti insidentlə bağlı şərh tələblərinə cavab verməyib.Xatırladaq ki, sentyabrın 23-də ABŞ Kapitolinin qarşısında Tramp və Epşteynin əl-ələ tutduğunu əks etdirən heykəl ucaldılıb. Heykəlin altındakı lövhədə “Əbədi dostlar” yazılıb.Heykəlin bazasında Tramp və Epşteyn arasındakı “dostluğa” istinad edən “Biz Prezident Donald Tramp və onun “ən yaxşı dostu” Cefri Epşteyn arasındakı davamlı bağı qeyd edirik”,- yazısı da var.Ən kiçik 14 yaşlı qız da daxil olmaqla, 18 yaşından kiçik onlarla qıza qarşı cinsi zorakılıq etməkdə və fahişəlik şəbəkəsini idarə etməkdə ittiham olunan Epşteyn 2019-cu il avqustun 10-da Nyu-Yorkun Manhetten Metropoliten Mərkəzi Həbsxanasında öz kamerasında ölü tapılıb.Epşteynin işi ilə bağlı açıqlanan sənədlərdə Şahzadə Endryunun, ABŞ prezidenti Trampın, ABŞ-nın keçmiş prezidenti Bill Klintonun, İsrailin keçmiş baş naziri Ehud Barakın, ABŞ-nın keçmiş vitse-prezidenti Qorun, müğənni Maykl Ceksonun və digər tanınmış şəxslərin adları hallanır.V. QULİYEV

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
1
reyting.az

2Sources