EN

Azərbaycanın 5 boksçusu III MDB Oyunlarında finala yüksəldi

III MDB Oyunları çərçivəsində Yevlax Olimpiya İdman Kompleksində keçirilən boks yarışında Azərbaycan millisinin 5 üzvü finala yüksəlib.

News24.az xəbər verir ki, Qardaş Rəhimov (46 kq) tacikistanlı Damir Nazarova qalib gələrək (3:2) finala çıxıb.

60 kq çəki dərəcəsində yarımfinalda mübarizə aparan Şahin Aslanov rusiyalı Dmitri Klyuşnikovdan üstün olub – 4:1. Səfdər Məmmədzadə (+80 kq) qazaxıstanlı Yerketanq Jarkınbeka qalib gələrək (5:0) finala vəsiqəni təmin edib.

Əli Əliyev (48 kq) isə digər Qazaxıstan təmsilçisi Baltin Korqanbekdən üstün olub – 3:2. Digər yarımfinal görüşündə azərbaycanlı idmançı Əli Abaslı (52 kq) türkmənistanlı Xangeldi Lukmanova qalib gəlib – 5:0.

Beləliklə, Azərbaycanın 5 boksçusu finala vəsiqə qazanıb.

Qeyd edək ki, kişi boksçular arasında final qarşılaşmaları oktyabrın 5-də keçiriləcək.

Chosen
62
8
news24.az

10Sources