EN

DÇ-2026: Ukrayna millisi İslandiya və Azərbaycanla oyunlar üçün heyətini açıqladı

Ukrayna milli komandası DÇ-2026-nın seçmə mərhələsində keçirəcəyi oyunlar üçün heyətini elan edib.

90deqiqe.Az-ın məlumatına görə, baş məşqçi Sergey Rebrov D qrupu çərçivəsində oktyabrın 10-da Reykyavikdə İslandiyaya, oktyabrın 13-də isə Krakovda Azərbaycan yığmasına qarşı baş tutacaq görüşlərə 25 futbolçu dəvət edib.

Heyət belədir:

Qapıçılar: Georgi Buşan (“Polissya”), Anatoli Trubin (“Benfika”, Portuqaliya), Dmitro Rıjnik (“Şaxtyor”);

Müdafiəçilər: İlya Zabarnı (PSJ, Fransa), Aleksandr Svatok (“Ostin”, ABŞ), Valeri Bondar, Mikola Matvienko, Yuxim Konoplya (hamısı “Şaxtyor”), Aleksandr Timçik (“Dinamo”), Vitali Mikolenko (“Everton”, İngiltərə), Boqdan Mixayliçenko (“Polissya”);

Yarımmüdafiəçilər: Yeqor Yarmolyuk (“Brentford”, İngiltərə), İvan Kalyujnı (“Metallist 1925”), Mikola Şaparenko, Vladimir Brajko, Nazar Voloşin (hamısı “Dinamo”), Georgi Sudakov (“Benfika”, Portuqaliya), Artyom Bondarenko (“Şaxtyor”), Aleksey Qutsulyak, Aleksandr Nazarenko (hər ikisi “Polissya”), Viktor Tsiqankov (“Jirona”, İspaniya), Aleksandr Zubkov (“Trabzonspor”, Türkiyə), Ruslan Malinovski (“Cenoa”, İtaliya);

Hücumçular: Artyom Dovbik (“Roma”, İtaliya), Vladislav Vanat (“Jirona”, İspaniya).

Ehtiyat heyət: Ruslan Neşeret, Aleksandr Pixalyonok (hər ikisi “Dinamo”), Oleq Oçeretko, Dmitri Kriskiv (hər ikisi “Şaxtyor”), Yevgeni Çeberko (“Kolambus Kryu”, ABŞ), Maksim Taloverov (“Stok Siti”, İngiltərə).

Qeyd edək ki, Ukrayna – Azərbaycan qarşılaşması oktyabrın 13-də, Bakı vaxtı ilə saat 22:45-də Krakovdakı “Krakoviya” stadionunda keçiriləcək.

Chosen
12
7
90deqiqe.az

10Sources