EN

Bakıda piyada səkisini zəbt edən qurğular söküldü

Bakının Nərimanov rayonu, Mirzəbala Məmmədzadə küçəsində ictimai iaşə obyektlərinin qarşısında sakinlərin sərbəst hərəkətinə mane olan dibçəklər və günlüklər sökülüb.

Publika.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məlumat yayıb.

"Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə daxil olmuş müraciətlər əsasında ərazidə baxış keçirilib. Yoxlama zamanı piyada səkisində quraşdırılan qurğuların piyadaların təhlükəsiz və maneəsiz hərəkətinə ciddi çətinlik yaratdığı müəyyən olunub", - məlumatda deyilir.

Chosen
11
12
publika.az

10Sources