EN

“Bu, Ermənistanın ərazisini kiçildir” - Paşinyan AÇIQLADI

“Ermənistanda tikinti qumu hasilatı sahəsində ciddi problemlər mövcuddur”.

Musavat.com xəbər verir ki, bu barədə “Ermənistanın Dağ-mədən Sənayesi Forumu 2025”də (Mining Armenia Forum 2025) Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, bu sahə şəffaflıq baxımından ən böyük problemlərdən biridir və hökumət onları həll etməkdə çətinlik çəkir.

Paşinyan qeyd edib ki, Kabinet qətiyyətli addımlar atmağa hazır olduğunu nümayiş etdirdikdə çox tez bir zamanda tikinti sektorundan təzyiqlə üzləşir.

Onun qiymətləndirməsinə görə, tikinti qumu hasilatında böyük bir “kölgə iqtisadiyyatı” mövcuddur.

“Biz bunun öhdəsindən gəlməyin yollarını tapmadıq və bu, ciddi bir çağırışdır. Burada biz dövlət təhlükəsizliyi ilə bağlı hallarla və ərazi bütövlüyünün pozulması problemləriylə qarşılaşırıq. Çünki məlum olur ki, Araz çayından qum çıxarılması ölkəmizin ərazisinin kiçilməsinə gətirib çıxarır. Təəssüf ki, bu istiqamətdə effektiv tədbirlərimiz yoxdur”, – deyə Nikol Paşinyan bildirib.

Musavat.com

Chosen
27
1
musavat.com

2Sources