EN

Astaranın Sım kəndinə jurnalistlər üçün mediatur təşkil olunub – FOTO/VİDEO

Oktyabrın 3-də Dövlət Turizm Agentliyi jurnalistlər üçün Astaranın Sım kəndinə mediatur təşkil edib.

Doğru.az xəbər verir ki, tur çərçivəsində media nümayəndələri kəndin turizm imkanları, təbiət gözəllikləri və yeni yaradılan infrastrukturla tanış olublar.

Mediatur zamanı iştirakçılara kənddə tikilən qonaq evləri, yaradılan şərait, həmçinin gələcəkdə planlaşdırılan layihələr barədə ətraflı məlumat verilib. Bildirilib ki, Sım kəndi təkcə qonaq evləri ilə deyil, zəngin təbiəti, şəlalələri, bulaqları və qədim ənənələri ilə də turistlər üçün maraqlı məkana çevrilib.

Agentlikdən bildirilib ki, kənddə muzeylərin qurulması, açıq hava muzeyinin tikilməsi və yerli sənətkarlıq nümunələrinin sərgilənməsi istiqamətində işlər davam edir. Məqsəd kəndin həm ekoturizm, həm də mədəni turizm baxımından inkişaf etdirilməsidir.

Statistikaya əsasən, hər yay mövsümündə kəndə 2-dən çox turist səfər edir. Yeni layihələrin reallaşdırılması ilə Sım kəndinin cənub bölgəsinin əsas turizm mərkəzlərindən birinə çevriləcəyi gözlənilir.

DOĞRU.AZ

image-img-22513-wa176 image-img-22513-wa177 image-img-22513-wa178 image-img-22513-wa179 image-img-22513-wa175 image-img-22513-wa18 image-img-22513-wa143 image-img-22513-wa181 image-img-22513-wa153 image-img-22513-wa154 image-img-22513-wa174

Chosen
40
1
dogru.az

2Sources