EN

“Çox çətin və keyfiyyətli oyun oldu” – Jorj Kaşkilya

“İmişli” Misli Premyer Liqasının 7-ci turunda səfərdə “Araz-Naxçıvan”a 0:2 hesabı ilə uduzub.

İdmanxeber.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında görüşü şərh edib:

“Çox çətin və keyfiyyətli oyun oldu. Bilirik ki, “Araz-Naxçıvan” avrokuboklar üçün mübarizə aparır. Matça yaxşı başladıq. Komandam yüksək pressinq tətbiq edirdi. Bərabər oyun gedirdi. “Araz-Naxçıvan” birinci hissədə standart vəziyyətdən yaxşı istifadə etdi. Fasilədə oyunçulara motivasiya verdik. İkinci yarıya çox yaxşı başladıq. Hücumda çox vaxt keçirirdik. Hesabı bərabərləşdirmək üçün əlimizdən gələni etdik. Son dəqiqələrdə penaltidən yararlana bilmədik. Sonda “Araz-Naxçıvan” ikinci qolu vurdu”.

Chosen
9
3
idmanxeber.az

9Sources