Vaşinqton, 3 oktyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp sülh planını qəbul etmək üçün HƏMAS-a bazar günü ABŞ vaxtilə saat 18:00-a (Bakı vaxtilə bazar ertəsi saat 02:00) qədər vaxt verdiyini açıqlayıb.
AZƏRTAC-ın məlumatına görə bu barədə o, sosial mediada yazıb.
"Hər bir ölkə sülh planını imzaladı. Bu son şans razılaşması əldə olunmasa, HƏMAS heç kimin indiyə qədər görmədiyi böyüklükdə cəhənnəm yaşayacaq”, -deyə Tramp yazıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton