AZ

ABŞ Prezidenti HƏMAS-a sülh planını imzalamaq üçün 2 gün vaxt verib

Vaşinqton, 3 oktyabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp sülh planını qəbul etmək üçün HƏMAS-a bazar günü ABŞ vaxtilə saat 18:00-a (Bakı vaxtilə bazar ertəsi saat 02:00) qədər vaxt verdiyini açıqlayıb.

AZƏRTAC-ın məlumatına görə bu barədə o, sosial mediada yazıb.

"Hər bir ölkə sülh planını imzaladı. Bu son şans razılaşması əldə olunmasa, HƏMAS heç kimin indiyə qədər görmədiyi böyüklükdə cəhənnəm yaşayacaq”, -deyə Tramp yazıb.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
13
2
azertag.az

3Mənbələr