EN

Pentaqon: ABŞ Venesuela sahillərində narkotik kartelinin gəmisinə zərbə endirib

ABŞ hərbi qüvvələri Venesuela sahillərində beynəlxalq sularda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmini məhv edib.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib.

“Oktyabrın 3-də səhər prezident Donald Trampın göstərişi ilə mən narkotik ticarəti ilə məşğul olan və terror təşkilatları ilə əlaqəsi olan bir gəmiyə ölümcül zərbə endirilməsi əmrini verdim”, – deyə o, “X” sosial şəbəkəsində yazıb.

“Zərbə Venesuela sahillərində beynəlxalq sularda həyata keçirilib. Gəmi Amerikaya xeyli miqdarda narkotik apararkən vurulub”.

Əməliyyat zamanı qayıqda olan 4 nəfərin həlak olduğu qeyd edilib. Nazir bildirib ki, Amerika kəşfiyyatının məlumatına görə, onların narkotik kartelinin üzvləri olduğu təsdiqlənib. “Bu zərbələr Amerika xalqına qarşı hücumlar dayandırılana qədər davam edəcək”, – Heqset əlavə edib.

Chosen
25
2
operativmedia.az

10Sources