ABŞ hərbi qüvvələri Venesuela sahillərində beynəlxalq sularda narkotik qaçaqmalçılığı ilə məşğul olan gəmini məhv edib.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset bildirib.
“Oktyabrın 3-də səhər prezident Donald Trampın göstərişi ilə mən narkotik ticarəti ilə məşğul olan və terror təşkilatları ilə əlaqəsi olan bir gəmiyə ölümcül zərbə endirilməsi əmrini verdim”, – deyə o, “X” sosial şəbəkəsində yazıb.
“Zərbə Venesuela sahillərində beynəlxalq sularda həyata keçirilib. Gəmi Amerikaya xeyli miqdarda narkotik apararkən vurulub”.
Əməliyyat zamanı qayıqda olan 4 nəfərin həlak olduğu qeyd edilib. Nazir bildirib ki, Amerika kəşfiyyatının məlumatına görə, onların narkotik kartelinin üzvləri olduğu təsdiqlənib. “Bu zərbələr Amerika xalqına qarşı hücumlar dayandırılana qədər davam edəcək”, – Heqset əlavə edib.