EN

Cabir İmanovun dəfnində bu foto rezonans yaratdı Sirlər açıldı

Bakupost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Əməkdar artist, “Planet Parni iz Baku” KVN Teatrının sevilən aktyoru Cabir İmanovun dəfn mərasimindən yayılan bir görüntü geniş müzakirələrə səbəb olub.

Bakupost.az xəbər verir ki, ictimai fəal Afiq Əli C.İmanovun dəfn mərasimində Əlixan Musayevin iştirakının səbəblərindən bəhs edib.

O iddia edib ki, Cabir İmanov vəhhabi idi və vəhhabi Əlixan Musayev onu Əbu Bəkr məscidindən son mənzilə yola salıb.

O, həmçinin Tahir İmanovun da vəhhabi olduğunu, onun vəhhabilərin məscidinə getdiyini və vəhhabilərin biznesinə dəstək verdiyini əks etdirdiyini iddia etdiyi görüntüləri də yayıb.

Maraqlıdır ki, bu paylaşımdan sonra Əlixan Musayev C.İmanovla tanış olduğunu, bir çox yerdə görüşdüyünü, hətta C.İmanovun onun arxasında namaz qıldığını bildirən video-müraciət yayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
2
www.bakupost.az

3Sources