EN

Ukrayna Soçiyə hücum etdi: Hədəf Putindir?

Ukrayna pilotsuz təyyarələri Rusiya prezidenti Vladimir Putinin Valday Forumunun plenar iclasında çıxışını yenicə bitirdiyi Soçiyə hücum edib.

KONKRET.az Globalinfo-ya istinadən xəbər verir ki, artıq Soçi hava limanı bağlanıb.

Yarım saatdan sonra Soçi meri Andrey Proşunin şəhərə pilotsuz təyyarə ilə hücum təhlükəsi elan edib.

Yerli sakinlər Qara dəniz üzərində hava hücumundan müdafiə sistemlərini və siren səslərini, eləcə də partlayışları müşahidə ediblər. Bu barədə onlar “Shot” Teleqram kanalına bildiriblər.

“Bütün qüvvələr və resurslar PUA hücumunu dəf etməyə hazırdır. Xahiş edirəm, sakit olun, pəncərələrdən uzaqlaşın və təhlükəsiz yerdə sığınacaq axtarın”, – Sirius federal ərazisinin rəhbəri Dmitri Plişkin vurğulayıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri Qara dəniz üzərində Ukraynaya məxsus 11 PUA-nı və Krımda daha 4 hədəfi məhv edib.

Qeyd edək ki, Putin Soçidə Valday Diskussiya Klubunun plenar iclasında çıxış edib.

Chosen
16
3
konkret.az

4Sources