870 mindən çox sakin Qəzza şəhərindən təxliyə edilib.
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun (ÇAXAL) mətbuat xidmətinin məlumatında deyilir.
“HƏMAS-ın müqavimətinə baxmayaraq, indiyədək 870 mindən çox sakin Qəzza şəhərindən anklavın cənubuna evakuasiya edilib.
Qəzza şəhərinin sakinlərinin təhlükəsizlik üçün humanitar zonaya köçməyi ilə bağlı yenidən çağırış edirik”, - deyə bildirilib