İranda helikopter qəzaya uğrayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Qızıl Aypara Təşkilatının Luristan əyaləti üzrə nümayəndəsi Əli Məhəmmədi məlumat verib.
Qeyd olunur ki, helikopter Oştorankuhdakı dağlıq ərazidə 4 000 metr yüksəklikdə itkin düşən qadının axtarışı və xilas edilməsi üçün göndərilib.
Göyərtəsində səkkiz nəfərin olduğu helikopter 2 800 metr hündürlükdə qəzaya uğrayıb.
Qızıl Ayparanın məlumatına görə, əlaqə yaradıldıqdan sonra və zərərçəkənlərdən alınan məlumata əsasən, helikopterin göyərtəsində 9 nəfər olub, lakin təəssüf ki, zərərçəkənlərdən biri aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hazırda bölgəyə Luristandan altı əməliyyat qrupu göndərilib, axtarışlar davam edir.