Mövsüm dəyişiklikləri zamanı immuniteti zəif olan insanlar tez-tez xəstələnirlər. Havanın soyuması ilə birlikdə immun sistemini gücləndirən təbii üsullara maraq artır. Bu üsullardan biri də gündəlik rasiona doşabın əlavə edilməsidir.
E-saglam.az xəbər verir ki, doşab tərkibində immun sistemini gücləndirən kalsium, sink, manqan kimi minerallarla yanaşı, B və C vitaminləri baxımından da olduqca zəngindir. Həm uşaqlar, həm də böyüklər üçün faydalı olan bu qida orqanizmin ümumi funksiyalarını dəstəkləyir. Mütəxəssislər müxtəlif növləri olan doşabın mütləq süfrələrdə yer almasını tövsiyə edirlər.
Qidalanma vücudun xəstəliklərə qarşı mübarizəsində əsas amillərdəndir. Doşab orqanizmin müdafiə gücünü artırır və bədəni daha dözümlü edir. Zəngin enerji tərkibinə görə o, idmançılar, analar, hamilə qadınlar və uşaqlar üçün xüsusilə faydalıdır. Lakin diabet xəstələrinin doşab istehlakında ehtiyatlı olması vacibdir — gündəlik miqdar 1 çay qaşığını keçməməlidir.
Tərkibi və faydaları:
1 xörək qaşığı doşabda:
40 mq kalsium,
1 mq dəmir,
B vitamini,
maqnezium, kalium və xrom mövcuddur.
Doşabdakı qlükoza və fruktoza həzm olunmadan qana keçdiyi üçün sürətli enerji təmin edir. Bu xüsusiyyəti onu gündəlik yüksək fiziki aktivliyi olan şəxslər üçün ideal enerji mənbəyinə çevirir.
Mütəxəssislər xüsusilə səhər yeməyində 1 çay qaşığı doşab istehlak etməyi, xüsusilə də uşaqlar, idmançılar, hamilə və süd verən qadınlar üçün tövsiyə edirlər.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az