AZ

Kimlərə limon olmaz?

Sarı limon uzun müddətdir ki, unikal müalicəvi xüsusiyyətlərinə görə xalqın sevgisini qazanıb. 

Bu sitrus meyvəsi soyuqdəymə xəstəliklərinə qarşı əla profilaktiki vasitə sayılır. 

Limon immunitet sistemini möhkəmləndirir, orqanizmin müqavimətini artırır. 

Hit.az xəbər verir ki, limon şirəsi yaranı bərpa edən və iltihab əleyhinə təsirə malikdir, eyni zamanda mikrobları öldürür.

Limon bağırsaqların fəaliyyətini stimullaşdırır, mikroflorasını yaxşılaşdırır, orqanizmi şlaklardan və toksinlərdən təmizləyir. 

Bununla yanaşı, limon oqranizmi gümrahlaşdırır, yuxu və yorğunluğu aradan qaldırır. Qan damarlarını xolesterindən təmizləyir, avitaminoz zamanı faydalı maddələrin çatışmazlığını doldurur.

Limon faydalı olduğu qədər  ziyanı da var.

Limon allergenlər siyahısına daxildir. Bu səbəbdən sitrus meyvələrə qarşı allergiyası olan, böyrək xəstəiyindən əziyyət çəkən, hamilə qadınlar və körpəsinə süd verən analar, 3 yaşına qədər uşaqlara limondan istifadə etmək məsləhət görülmür.

Limon bağırsaqların və mədənin selikli qişasına təsir etdiyi üçün bu orqanların xəstəliyindən əziyyət çəkən insanlara limon yemək qadağandır.

Eyni zamanda həddən artıq limon qəbul etmək də bir sıra xəstəliklərin ağırlaşmasına səbəb ola bilər. 

Sevinc

Seçilən
4
9
hit.az

10Mənbələr