EN

ABŞ Venesuela sahilləri yaxınlığında daha bir qayığı vurdu: 4 nəfər həlak olub

ABŞ hərbi qüvvələri Venesuela sahilləri yaxınlığında beynəlxalq sularda narkotik qaçaqmalçı gəmisini məhv edib.

Musavat.com xəbər verir ki, məlumatı ABŞ-ın müdafiə naziri Pit Heqset X hesabında açıqlayıb: “Oktyabrın 3-də səhər prezident Donald Trampın göstərişi ilə terror təşkilatları ilə əlaqəsi olan narkotik vasitələrin daşınması ilə məşğul olan gəmiyə ölümcül zərbə endirilməsi əmrini verdim. Zərbə Venesuela sahilləri yaxınlığında beynəlxalq sularda, gəmidə Amerikaya xalqımızı zəhərləmək üçün göndərilən əhəmiyyətli miqdarda narkotik daşıyarkən baş verib". 

Əməliyyat nəticəsində qayıqda olan 4 nəfərin həlak olduğunu qeyd edən Heqset ABŞ kəşfiyyatının onların narkotik kartelinin üzvləri olduğunu göstərdiyini vurğulayıb: "Bu zərbələr Amerika xalqına qarşı hücumlar dayandırılana qədər davam edəcək".

 

Musavat.com

Chosen
17
25
musavat.com

10Sources