Prezident İlham Əliyev sosial şəbəkə hesabında 3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günü ilə bağlı paylaşım edib.
“Cebheinfo.az” paylaşımı təqdim edir:
“3 oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür.
Məhz bu gün 2009-cu ildə qədim Azərbaycan torpağı olan Naxçıvanda Türk Dövlətləri Təşkilatının əsası qoyulmuşdur.
Bu əlamətdar gün münasibətilə Türk dünyasını səmimi qəlbdən təbrik edirəm.
Türk dünyası bizim ailəmizdir!
Ötən 16 il ərzində təşkilatımız güclənmiş, dünya miqyasında böyük nüfuz qazanmış, sıralarımız genişlənmişdir”.
“Cebheinfo.az”