Misli Premyer Liqasının VII turunda daha bir oyun keçirilib.
NOCOMMENT.az xəbər verir ki, günün ikinci matçında “Neftçi” səfərdə “Zirə” ilə üz-üzə gəlib.
Qarşılaşmada qalib müəyyənləşməyib – 2:2.
Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran “Zirə” ikinci pillədə qərarlaşıb. “Neftçi” 8 xalla yeddincidir.
Günün ilk oyununda “Araz-Naxçıvan” “İmişli”ni iki cavabsız qolla üstələyib.
Qeyd edək ki, tura oktyabrın 5-də yekun vurulacaq.