Neft və qaza investisiyaların dayandırılmasına dair çağırışlar yanlış və təhlükəlidir, çünki onlar gələcək enerji təhlükəsizliyini təhlükə altına qoyur.
AFN.az xəbər verir ki, bunu “Kazinform” agentliyinə müsahibəsində OPEK-in baş katibi Heysəm əl-Qais deyib.
"Neft və qaza investisiyaların dayandırılması ilə bağlı çağırışlar yanlış və təhlükəlidir, çünki onlar gələcək enerji təhlükəsizliyini təhlükə altına qoyur. Qlobal iqtisadiyyatın, o cümlədən Qazaxıstanın davamlı inkişafı üçün neft, qaz və enerjinin bütün növlərinə investisiyaların davam etdirilməsi tamamilə vacibdir", - deyə o qeyd edib.
OPEC-in baş katibi qeyd edib ki, 2016-cı ildən OPEC və OPEC+ neft bazarında sabitliyin qorunması üçün ardıcıl olaraq çalışır. "Gələcəkdə biz eyni prinsiplərə - tələb və təklifin tarazlaşdırılmasına, investisiyaları stimullaşdıran proqnozlaşdırıla bilən mühitin yaradılmasına riayət etməyə davam edəcəyik. Sabitlik təkcə qısamüddətli məsələ deyil, həm də gələcəkdə tələbin ödənilməsini təmin etməkdir", - deyə o vurğulayıb.
Baş katib həmçinin xatırladıb ki, OPEC-in proqnozlarına görə, 2050-ci ilə qədər qlobal neft tələbatı sutkada 123 milyon barrelə çatacaq: “Bu məqsədə nail olmaq üçün bu gün investisiyalar qoyulmalıdır, çünki neft sənayesinin yeni gücü işə salması uzun illər tələb edir, halbuki hasilatın təbii azalması hər il təxminən 5-6% təşkil edir”.