EN

Rusiyada müsəlmanlarla bağlı yeni QADAĞA

Rusiyanın Xantı-Mansi Muxtar Dairəsində (XMAO) məktəblərdə hicab və niqab geyinmək qadağan edilib.

KONKRET.az xəbər verir ki, bu Rusiyada hicab və niqaba qadağa qoyulan ikinci region olub. Bundan əvvəl oxşar qərar bir il əvvəl Vladimir vilayətində tətbiq edilib.

Qərarlar məktəblərin özləri tərəfindən, valideyn şuraları və ictimaiyyətin rəyi nəzərə alınmaqla qəbul edilib. Qadağa yalnız dini geyimlərə deyil, ümumilikdə bütün baş geyimlərinə şamil olunur.

Departamentin açıqlamasında bildirilir ki, valideynlər övladlarını məktəbə yazdırmazdan əvvəl qaydalar barədə məlumatlandırılır. Əgər razılaşmırlarsa, evdə təhsil kimi alternativ variantları seçə bilərlər.

Chosen
13
1
konkret.az

2Sources