EN

İsrail ordusu 12 saat ərzində Sumud Donanmasının 42 gəmisini ələ keçirib

İsrail ordusu 12 saat ərzində Sumud donanmasını təşkil edən və Qəzza blokadasını yarmağa cəhd edən 42 gəmiyə nəzarəti ələ keçirib.

News365.az xəbər verir ki, bu haqda İsrail ordusunu mətbuat xidməti məlumat yayıb.

"İsrail Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti Qəzza zolağının qanuni dəniz blokadasını pozmağa cəhd edən 42 gəmidə yüzlərlə insanın genişmiqyaslı müdaxilə cəhdinin qarşısını alıb", - deyə nazirliyin sözçüsü bildirib.

Əməliyyatdan sonra donanma üzvlərinin Aşdod limanına aparılaraq polisə təhvil verildiyi bildirilir. 

Bəyanatda ordunun Qəzza zolağı ətrafında dəniz blokadasını tətbiq etməyə davam edəcəyi bildirilir.

Chosen
14
5
news365.az

6Sources