EN

Neftçi yenə xal itirdi

Azvision portalından verilən məlumata görə, ain.az xəbər yayır.

AzVision.az xəbər verir ki, günün ikinci matçında "Neftçi" səfərdə "Zirə" ilə üz-üzə gəlib. Qarşılaşmada qalib müəyyənləşməyib - 2:2. Qonaqların heyətində 66-cı dəqiqədə Fredi Varqas, 88-ci dəqiqədə Bassala Sambu fərqlənib. Meydan sahiblərində 27-ci dəqiqədə Giorgi Papunaşvili, 90+8-ci dəqiqədə Ruan Renato adını tabloya yazdırıb. Qəsəbə təmsilçisində Ayron Qomis 90+10-cu dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Bu nəticədən sonra xallarının sayını 13-ə çatdıran "Zirə" ikinci pillədə qərarlaşıb. "Neftçi" 8 xalla yeddincidir. Günün ilk oyununda "Araz-Naxçıvan" "İmişli"ni iki cavabsız qolla üstələyib. Qeyd edək ki, tura oktyabrın 5-də yekun vurulacaq. AzVision.az Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
6
9
azvision.az

10Sources