BAKI, 4 oktyabr. TELEQRAF
Azərbaycanın III MDB Oyunlarının medal sıralamasındakı mövqeyi dəyişib.
Teleqraf xəbər verir ki, aktivində 13 qızıl, 27 gümüş və 43 bürünc medal olan komandamız ikinci sıradan üçüncü pilləyə düşüb.
İkinci sıraya isə Belarus (15 qızıl, 20 gümüş, 28 bürünc) yüksəlib.
Siyahıya Rusiya (73 qızıl, 27 gümüş, 16 bürünc medal) başçılıq edir.
Qeyd edək ki, III MDB Oyunları oktyabrın 8-də başa çatacaq.