Oktyabrın 3-də ABŞ Senatında şatdaunu dayandırmaq üçün keçirilən növbəti səsvermə uğursuz olub.
Publika.az xəbər verir ki, şatdaunun üçüncü günündə Senatda Respublikaçılar Partiyasının irəli sürdüyü hökumətin yenidən açılmasını nəzərdə tutan qanun layihəsi üzrə səsvermədə lazım olan 60 səs yenə toplanmayıb.
Qeyd edək ki, bu, uğursuz nəticələnən 3-cü səsvermədir.