AZ

Senat yenə razılığa gələ bilmədi: Şətdaun davam edir

ABŞ Senatı federal hökumətin qismən dayandırılmış maliyyələşməsini bərpa etmək üçün hər iki tərəfin təklif etdiyi iki qanun layihəsini yenidən rədd edib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Respublikaçılar tərəfindən hazırlanan və əvvəllər Nümayəndələr Palatasında təsdiqlənən qanun layihəsi lehinə 54, əleyhinə isə 44 səs toplayıb.

Demokratların qanun layihəsi isə lehinə 46, əleyhinə isə 52 səs toplayıb. Yuxarı palatada təsdiq üçün ən azı 60 səs lazımdır.

Beləliklə, senatorlar ABŞ-da federal hökumətin qismən bağlanmasına son qoyacaq qanun layihəsini yenə də qəbul edə bilməyiblər

Senatın bu qanun layihələrini bazar ertəsi, oktyabrın 6-da yenidən səsə qoyacağı gözlənilir.

 

Musavat.com

 

Seçilən
2
1
musavat.com

10Mənbələr